XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

13 Yanvar 2017 - 23:46

Bakıda torpağın qiyməti qalxacaq? –VİDEO

torpaq

Tikinti sektorunda baş verən durğunluq torpaq qiymətlərinə də təsirsiz ötüşməyib.

Xəzər xəbər məlumat verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə, bu il Bakıda torpaq qiymətləri ucuzlaşıb. Ucuzlaşma əsasən Bakıətrafı ərazilərdə qeydə alınıb.

Şəhərin mərkəzi hissələrində yerləşən torpaq sahələrində də cuzi ucuzlaşma olsa da, tələb yüksək olduğundan bu, çox az hiss olunur. Ətraf ərazilərdə isə torpaqın hər sotuna görə 2-4 min manata qədər ucuzlaşma müşahidə olunur.

Torpaq qiymətinin ucuzlaşmasının əsas səbəbi kim,i fərdi tikintilərin kəskin azalması və ümumilikdə tikinti sektorundakı durğunluq göstərilir.

Qiymətlərin azalmasına baxmayaraq, son dövrlər torpaq alqı-satqısında kəskin azalma müşahidə edilir.

Hökumət tərəfindən atılan qabaqlayıcı tədbirlərin uğurlu alınacağı və tikinti sektorunda canlanmanın yaşanacağı təqdirdə, torpaq qiymətlərinin yenidən artacağı gözlənilir.