XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

26 Mart 2015 - 07:41

Rəfail Mehdiyev: “Məhbuslar üçün xüsusi dispanser yaradılıb”
bitmap-img6
Azərbaycan həbsxanalarında həyata keçirilən vərəm əleyhinə proqram bu xəstəliyin yayılmasının qarşısını sürətlə alır.
Bununla bağlı Dünya Səhiyyə Təşkilatının (DST) hazırladığı məlumatda qeyd olunur. Xüsusi olaraq Azərbaycan təcrübəsinə həsr olunan yazıda bildirilir ki, Azərbaycanda son 10 ildə vərəm xəstələrinin sayı kəskin azalıb. Həbsxanalarda bu xəstəliklə mübarizə xüsusi diqqətdə saxlanılır.
“Həbsxanalarda vərəmi üzə çıxarmaq üçün biz son on ildə daim fəal çalışmışıq. Məhbuslar üçün xüsusi dispanser yaradılıb, DST-nin tövsiyə etdiyi bütün diaqnostika üsullarından istifadə olunan yeni laboratoriya təşkil etmişik”, – deyə, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi Rəfail Mehdiyev bildirib. O həmçinin qeyd edib ki, həbsxanalarda qeyri-tibbi personal bu xəstəliyin əlamətləri, risk amilləri ilə bağlı mütəmadi məlumatlandırılır, onlara təlimlər keçirilir.
DST-nin Avropa Regional Bürosunun proqram meneceri Məsud Dara bildirib ki, həbsxanalarda vərəmlə mübarizənin Azərbaycan tərəfindən uğurla reallaşdırılmasını digər ölkələr üçün model kimi istifadə etmək olar.
Yazıda qeyd olunur ki, bu ilin mayında Azərbaycanda yaradılmış Vərəm üzrə Təlim Mərkəzində ilk beynəlxalq təlimlər keçiriləcək. Bu mərkəz ötən il artıq DST tərəfindən təşkilatın vərəmlə mübarizədə rəsmi tərəfdaşı kimi qəbul edilib. (azərtac)