XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 January 2017 - 19:49

Naxçıvanda maşın sürmək istəyən qadınların sayı artır –Ötən il 150 nəfər sürücülük kursunu bitirib

naxci masin

Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbində ötən il 67 qrup üzrə təhsil alan müdavimlərdən 1355 nəfəri kursu başa vuraraq sertfikat alıb.

Strateq.az Naxcivantv.az-a istinadən  xəbər verir ki, onlardan 150 nəfəri qadındır. Hazırda Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbində 46 nəfər qadın müdavim təhsilini davam etdirir.

Hazırda müdavimlər 2 qadın, 8 kişi qruplarında “BC”, “B”, “E”, “D” kateqoriyaları üzrə təhsil alırlar. Müdavimlərin  sürücülük peşəsinə dərindən yiyələnmələri üçün burada hərtərəfli şərait yaradılıb. Belə ki, məktəbdə 4 elektron lövhəli sinif internetlə təmin olunub, 2 avtotrenajor otağı və müasir tələblərə cavab verən yürüş təlim meydançaları müdavimlərin ixtiyarına verilib. Xanım müdavimlərdən olan Səma Tağızadə məktəbdə “B” kateqoriyası üzrə sürüclük peşəsini öyrənir. O deyir: “Çalışıram ki, avtomobilin mühərrik sistemini, yol hərəkəti qaydalarını yaxşı öyrənim və avtomobil təhlükəsiz idarə edərək mənzil başına çatım”.

Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbinin müəllimlərindən Həsən Əliyev qeyd edir ki, son illər sürücülük peşəsinə yiyələnmək arzusunda olanların sayı xeyli artıb. Bunlar arasında qadınlar da az deyil.

Naxçıvan Şəhər Peşə Liseyində isə müdavimlər 40 müxtəlif  ixtisas üzrə kurs keçirlər. Tədris planına uyğun olaraq burada 1, 2 və 3 aylıq ixtisas kursları fəaliyyət göstərir.