XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

17 Yanvar 2017 - 14:10

“Bəziləri qiymət artımı olacağını təlqin etməklə…” –Ekspertdən xəbərdarlıq

Vüqar

"Bu ilin birinci yarısında mənzil bazarında qiymət azalmaları davam edəcək”.

Strateq.az xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov deyib. 

Onun sözlərinə görə, real tələb və təklifə əsasən qiymət azalmaları davam edəcək:

 "Bəziləri cəmiyyətə qiymət artımlarının olacağını təlqin etməyə və bununla da süni tələb yaratmağa çalışırlar. Məqsəd sadədir: qiymət artımlarından ehtiyatlanan potensial alıcı daha qısa zaman ərzində mənzil almağa çalışacaq.

Bir tərəfədən vətəndaş yüksək qiymətə mənzil alacaq, digər tərəfdən süni tələb yeni qiymət artımlarına yol açacaq. Əvvəllər əmlak bazarında və eləcə də inşaat sektorunda durğunluq manatın bazar dəyəri formalaşdırıldıqdan sonra aradan qalxa bilər. Bu isə o deməkdir ki, bu ilin birinci yarısında mənzil bazarında qiymət azalmaları davam edəcək.”

Vüqar Bayramov son günlər mənzillərin qiymətinin artacağı haqqında xəbərlərin mətbuu orqanlarında yer aldığını qeyd edib: 

"Oxşar reaksiya 2014-cü ildən müşahidə edilir. 2014-ci ilin ortalarında qiymət azalmalarını proqnozlaşdıran zaman da "spekulyativ qiymət artlmlar" xəbərləri bəzi mətbu qurumlarda yer alırdı. Hətta bir neçə gün əvvəl "mənzil bazarında ötən il 5 faizlik qiymət artımının olması" barədə xəbərlər yayıldı.

Nə qədər maraqlı olsa da, həmin xəbərə inansaq, o zaman, 2016-cı ilin əvvəlində 200 min manata təklif edilən mənzil ilin sonunda 210 min manata satılıb. Bəlkə belə araşdırma aparanlar zarafat edirlər. Demək çətindir. Amma ötən ilin əvvəlində 200 min manata olan mənzili indi nəinki 5 faiz baha heç öz qiymətinə belə satmaq mümkün deyil.”