XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

18 Yanvar 2017 - 13:09

“Mobil Göz Klinikası”:1000-dən çox insan pulsuz göz müayinəsindən yararlanıb

Azercell Telekom-un dəstəyi ilə fəaliyyət göstərən “Mobil Göz Klinikası” ötən il ərzində müxtəlif göz xəstəliklərindən əziyyət çəkən insanlara xidmət göstərib, yüzlərlə xəstəni müayinə edib.

Azercell-dən verilən məlumata görə, Ağcabədidə yerləşən Gənclər üçün təhsil mərkəzində 47 nəfər, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsindəki 1 saylı sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiya mərkəzində isə 29 nəfər müayinə olunub.

Klinikanın həkimləri Salyanda və Siyəzəndə yerləşən internat məktəbində ehtiyacı olan 100 nəfərə yardım etdikdən sonra Əmircan, Zığ və Hövsan qəsəbəsində 120 nəfər olmaqla valideyn himayəsindən məhrum olan uşaqlara, ahıllara və aztəminatlı ailələrə xidmət göstəriblər. Eyni zamanda Salyandakı Əlillər Cəmiyyətində 35 nəfər, Buzovna qəsəbəsindəki Qocalar evində isə 24 nəfər müayinə olunub. Müayinələrin nəticələrinə əsasən ehtiyacı olanlara eynək reseptləri yazılıb, bəzilərinə isə müalicələr təyin edilib. Ümumilikdə 2016-cı ildə 1000-dən çox ehtiyacı olan insana “Mobil Göz Klinikası” layihəsi çərçivəsində yardım edilib.

Xatırladaq ki, layihə çərçivəsində bütün müayinə və müalicə tədbirləri Azercell-in dəstəyi ilə “Xəzər Qayğıkeşlik Layihəsi" İctimai Birliyi tərəfindən həyata keçirilir. Fəaliyyət göstərdiyi 4 il ərzində layihə çərçivəsində klinika artıq Bakı şəhərindəki bir çox internat məktəblərinə, uşaq evlərinə səfər edib. Eyni zamanda klinikanın həkimləri Bakı ilə yanaşı, ölkənin bir çox bölgələrində müalicəyə ehtiyacı olan insanlara xidmət göstəriblər.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim etmişdir. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.