XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

19 Yanvar 2017 - 12:51

Sabaha olan hava proqnozu –Abşeronda sulu qar yağacaq

hava2

Bakı və Abşeron yarımadasında yanvarın 20-də tutqun hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

 Yarımadanın bəzi ərazilərində sulu qara keçəcəyi ehtimalı var.  Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq.

 Ekologiya və Təbii Sərvətlər nazirliyindən verilən məlumata görə, havanın temperaturunun gecə 1-3° isti, gündüz 4-6° isti, Bakıda gecə 1-3° isti, gündüz  4-6° isti olacağı gözlənilir.

 Atmosfer  təzyiqi  normadan yüksək 767 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək.  Nisbi rütubət  85-95 %  təşkil edəcək.

 Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

 Gündüz qərb rayonlarından başlayaraq yağıntı tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.