XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

19 Yanvar 2017 - 14:17

Dərman satmaq üçün verilən lisenziyanın qiyməti 20 min manata qaldırılır

derman-44.jpg

Azərbaycanda sahibkarlıq fəaliyyətinə görə tələb olunan bəzi lisenziyaların alışı üçün dövlət rüsumunun artırılması təklif olunur.

Trend-in məlumatına görə, bu, Milli Məclisin İqitsadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunan “Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişikliklərdə nəzərdə tutulub.

Dəyişikliklərə əsasən, mobil operatorların fəaliyyəti üçün lisenziyanın qiyməti 5,5 min manatdan bir milyon manatadək, dərman vasitələrinin topdansatışı üçün lisenziyanın qiyməti isə 2,25 min manatdan 20 min manatadək artırıla bilər.