XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

19 Yanvar 2017 - 18:53

İnsanın davranışı onun niyyətinin göstəricisi deyil –Elmi araşdırma

davranis

Mançester Universitetinin alimlərinin yeni eksperimentləri göstərib ki, insanların davranış reaksiyalarına əsasən onların niyyətini müəyyən etmək olmaz.

“Healthvesti.com” saytı xəbər verir ki, onların gəldiyi qənaətə görə, insanın davranışı onun niyyətini açıqlamır. Kişi və qadınların davranışı gözlənilməzdir, buna görə də onların necə hərəkət edəcəyini qabaqcadan bilmək olmur.

Əgər hər hansı bir fərd zərərsiz görünürsə, zahirən cəlbedicidirsə, bu, onun aqressiv olmadığının və cəmiyyət üçün təhlükə törətmədiyinin göstəricisi deyildir. Mütəxəssislərin fikrincə, insanların şəxsi keyfiyyətlərinin onların niyyətləri ilə üst-üstə düşməsini qanunauyğunluq kimi deyil, təsadüf kimi izah etmək olar.

Kişi və qadınların davranış reaksiyalarına onların əhatəsi və ünsiyyət çevrəsi təsir göstərir. Əgər insan ekstravert tipə aiddirsə, onun davranışını qabaqcadan müəyyən etmək qeyri-mümkündür. (Azərtac)