XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 January 2017 - 20:42

Məşhur “Lambada”nın ifaçısı maşında yanaraq öldü

lambada

 Ötən əsrin 1980-ci illərin sonlarında məşhur “Lambada” hitinin  ifaçısı Loalva Braz Braziliyada 64 yaşında faciəvi şəkildə ölüb.

Bu barədə “RİA Novosti”məlumat yayıb. Yerli yangınsöndürmə xidmətinə Rio-de-Janeyro ştatında sahil zolağında avtomobilin yanması barədə məlumat daxil olub. Hadisə yerinə gələn yangınsöndürənlər maşından Loalva Brazın yanmış meyiti aşkarlayıblar.  Hadisə zamanı yaxınlıqdakı tikiliyə də ziyan dəyib. 

 Hadisənin səbəbləri araşdırılır.