XƏBƏR LENTİ

05 İyun 2020

Digər Xəbərlər

21 Yanvar 2017 - 18:48

Qidanın yaxşı çeynənməsinindaha bir faydası

ABŞ-ın Milli Sağlamlıq İnstitutunun və Mançester Universitetinin alimləri qidanın yaxşı çeynənməsinin bir sıra xəstəliklərin qarşısının alınmasında, ağızda immun sisteminin möhkəmlənməsinə kömək etdiyi qənaətindədirlər.

Azərtac VistaNews saytına istinadla xəbər verir ki, elm adamları qidanın çeynənməsi zamanı xüsusi immun hüceyrənin əmələ gəldiyini müəyyən ediblər. Məlum olduğu kimi, immun hüceyrələr əsasən ağızda məskunlaşan bakteriyalar və göbələk infeksiyalarından qorunmada mühüm rol oynayır.

Mütəxəssislərin fikrincə faydalı maddələrin immun sistemin tonusunun saxlanılmasında böyük rolu olmasına baxmayaraq, qidanın da bu istiqamətdə xüsusi yeri var. Belə ki, əvvəllər bədənin digər hissələrində mövcud olan hüceyrələrin faydalı bakteriyaların köməyi ilə möhkəmləndiyi kimi ağızda da eyni qayda ilə əmələ gəldiyi təxmin olunurdu.

Lakin bu istiqamətdə sicanlar üzərində aparılan son araşdırmalardan yeni bilgilər əldə olunub. “Immunity” jurnalında dərc olunan məqaləyə əsasən alimlərə gəmiricilərin hüceyrələrinin artırılmasında qidanın qatılığı kömək olub.