XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

21 Yanvar 2017 - 19:07

Alimlər şüa terapiyasını daha səmərəli etməyinyolunu tapıblar

İrlandiya alimləri onkoloji xəstəliklərdə şüa terapiyasının səmərəliliyini artırmaq metodikasını işləyib hazırlayıblar.

Azərtac TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat “Oncotarget” beynəlxalq jurnalında açıqlanıb.

Ölkənin ən qocaman universiteti olan Dublin Triniti Kollecinin tibb fakültəsinin mütəxəssisləri qida borusunda bədxassəli şişin sürətlə böyüməsinə və bütün orqanizmə metastaz verməsinə şərait yaradan xərçəng kötük hüceyrələrini üzə çıxarmağı və zərərsizləşdirməyi öyrəniblər.

Bu tədqiqatın ilkin mərhələdə olmasına baxmayaraq, mütəxəssislər hesab edirlər ki, ən təhlükəli xərçəng hüceyrələrini üzə çıxarmaqla və onlara nöqtəvi təsir etməklə, müalicənin səmərəliliyini xeyli artırmaq olar. Bu ehtimal siçanlar üzərində aparılan təcrübələr zamanı artıq təsdiq olunub. Aqressiv hissəciklər kəsilib götürüldükdən sonra şişin inkişafı dayanır və həkimlər asanlıqla onun öhdəsindən gəlirlər.

Həkimlər xəbərdarlıq edirlər ki, bu xəstəlik erkən mərhələlərdə, demək olar, özünü büruzə vermir və xəstələrin çoxu orqanizmlərində təhlükəli xəstəliyin inkişaf etdiyini ağıllarına belə gətirmirlər.