XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

23 Yanvar 2017 - 12:39

Sabah hava yağmursuz olacaq –Proqnoz

hava2

Sabaha olan hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

Mülayim cənub-qərb küləyi gündüz yarımadanın bəzi yerlərində arabir güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 3°-dək isti, gündüz 6-10° isti, Bakıda gecə 0-2° isti, gündüz  7-9° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  normadan yüksək 775 mm civə sütunundan 769 mm civə sütununa enəcək. 

Nisbi rütubət  gecə 75-80 %, gündüz 60-70 % təşkil edəcək.

 Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti

Əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.