XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

24 Yanvar 2017 - 16:22

Hindli iş adamı vergi borcu ucbatından həbsdə olanlara nicat verəcək –Aksiya

firoz_merchant_chairman

Dubayda məskunlaşmış hindistanlı iş adamı vergiləri ödəmədiyinə görə dəmir barmaqlıqlar arxasında olanların azad edilməsi məqsədilə 2017-ci ildə 1 milyon $ (3,8 milyon dirhəm) xərcləyəcəyinə söz verib.

Strateq.az xəbər verir ki, xeyriyyəçi, “Pure Gold Jewellers” şirkətinin sahibi Firoz Merçantın sözlərinə görə, o, ehtiyacı olan hər kəsin sağlam cəmiyyətə qayıdışına dəstək verməyə hazırdır. “Mən insanların ötən il çətinliklərlə qarşı-qarşıya gəldiyini başa düşdüm. 2017-ci il də iqtisadi baxımdan daha çətin ola bilər”.

F.Merçant hazırda həbsdə olan şəxslərin vergi borclarını ödəməyə və ailələri ilə birləşmələri üçün öz ölkələrinə dönməyə bilet sarıdan kömək etməyə hazırdır. O, ümid edir ki, “Unudulmuş Cəmiyyət” adlandırdığı bu aksiyanı başqaları da davam etdirəcək.