XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

25 Yanvar 2017 - 12:29

Əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyasıproqramı təsdiq edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən (ƏƏSMN) “2017-ci ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı” təsdiq edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, ƏƏSMN üzrə müvafiq əmrlə “2017-ci ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı” təsdiq edilib.

Sənəd əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiya olunması, onların sağlamlığının mühafizəsi və tibbi bərpası, bədən tərbiyəsi və idmana cəlb edilməsi, asudə vaxtlarının səmərəli təşkili sahəsində kompleks tədbirlərin həyata keçirilməsi, bu təbəqələrdən olan insanların sosial müdafiəsinin gücləndirilməsi məqsədinə yönəlib.

Bu məqsədlə Proqramda cari il ərzində nazirlik tərəfindən görüləcək tədbirlər müəyyən olunub. Belə ki, Proqramda əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyasına şərait yaradılması, respublika daxilində bərpa müalicə olunmalarına köməkliyin göstərilməsi, onların cəmiyyətə inteqrasiyası məqsədilə təbliğat kampaniyasının təşkil olunması nəzərdə tutulur. Sənəddə qeyd olunan şəxslərin asudə vaxtlarının təşkili məqsədilə istirahət zonalarına göndərilməsi, onlar arasında idman tədbirlərinin təşkil edilməsi, beynəlxalq yarışlarda iştirak etmələrinə şərait yaradılması, onların sosial müdafiəsi və reabilitasiyası sahəsində beynəlxalq təcrübələrin tətbiqi ilə bağlı əməkdaşlığın və informasiya mübadiləsinin həyata keçirilməsi əksini tapır.

Eyni zamanda, Proqram əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların əlillik problemi ilə bağlı informasiya təminatının təşkili, onlara maddi və texniki, habelə sosial xidmət müəssisələrinə texniki yardımların göstərilməsi kimi tədbirləri əhatə edir. Həmin insanların cəmiyyətə inteqrasiyasına, onlara bərabər imkanların yaradılmasına yönələn layihələrin (sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi proqramlar əsasında idman, incəsənət, xalq sənəti növlərinin öyrədilməsinə yardımın, habelə eşitmə və nitq qabiliyyəti olmayan uşaqlara surdoloji xidmətlərin göstərilməsi və s. üzrə) icrası da Proqramda yer alıb.

Qeyd olunanlarla yanaşı, “2017-ci ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”nda cari il ərzində Əlilliyi olan şəxslərin stolüstü idman oyunları üzrə V Ümumrespublika yarışının keçirilməsi və s. tədbirlər nəzərdə tutulub.