XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 January 2017 - 13:10

“İlk peşə ixtisas təhsili haqqında” qanunlayihəsi hazırlanacaq

Milli Məclisin (MM) yaz sessiyası dövründə “İlk peşə ixtisas təhsili haqqında” qanun layihəsi hazırlanacaq.

Trend-in məlumatına görə, bu barədə MM-in Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında komitə sədri İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, artıq bu layihənin yaradılması istiqamətində işlərə başlanılıb.

Hazırda Azərbaycanda ilk peşə ixtisas təhsili müəssisələrinin fəaliyyətinin Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş nümunəvi nizamnamə əsasında həyata keçirildiyini deyən İ.Həbibbəyli ölkədə peşə təhsili sahəsi üzrə indiyədək qanunun olmadığını nəzərə çatdırıb.

“İlk peşə ixtisas təhsili haqqında” qanun layihəsinin hazırlanması üçün bır sıra ölkələrin qanunvericilik bazası ilə tanış olduqlarını deyən İ.Həbibbəyli deyib ki, bır çox ölkələrdə peşə təhsili dövlət, özəl bələdiyyə mülkiyyəti formasında inkişaf edir.

İ.Həbibbəyli hesab edir ki, Azərbaycan üçün də bu variant məqbul hesab oluna bilər.