XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

25 Yanvar 2017 - 18:16

“Yarat”ın rəssamı vəhşicəsinə döyülüb

ressam yarat

Baknın mərkəzində gənc rəssam ölümcül döyülüb. Gənc rəssam Batunay Haqverdiyev naməlum şəxslərin hücumuna məruz qalıb. Məlumata görə, Britaniya Rəssamlıq Akademiyasının məzunu olan B.Haqverdiyev axşam saatlarında evinin eyvanında dayanarkən xoşagəlməz mənzərənin şahidi olub.

Cangüdənləri ilə gəzişən bir nəfər öz itini sahibsiz və arıq itin üstünə aparararaq döyüşdürmək istəyib. B.Haqverdiyev onlara irad tutur və iti götürərək kənara qoymaq istəyir. Bu zaman həmin şəxslər tərəfindən ağır söyüşlərlə təhqir olunur. Bu zaman əlbəyaxa dava başlayır. Üç nəfər iri cüssəli oğlan B.Haqverdiyevi huşunu itirənədək döyürlər.

B.Haqverdiyev ağır vəziyyətdə xəstəxanaya aparılaraq əməliyyat olunur.

B.Haqverdiyevin anası Yelena Haqverdiyeva Criminal.az saytına açıqlamasında bildirib ki, oğlu Tibb Universitetinin Xəstəxanasında əməliyyat olunub, vəziyyəti yaxşı deyil. Zərərçəkmişin anası hadisə barədə ətraflı məlumat vermək istəmədi.

Yasamal rayon Polis İdarəsinin 27-ci bölməsinin təhqiqarçısı Eldar Mirzəzadə Criminal.az saytına buldirdi ki, B.Haqverdiyevi döyən şəxslərin kimliyi hələlik məlum deyil. Onun sözlərinə görə, B.Haqverdiyev hadisə baş verən zaman 3 nəfər olublar. Hazırda araşdırma aparılır.