XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

27 Yanvar 2017 - 14:41

Bakıda Hindistanın Respublika Günü qeyd edilib

hind sefir

Hindistanın Azərbaycandakı səfirliyi Respublika Günü münasibəti ilə rəsmi qəbul təşkil edib.

Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra səfir Sanjay Rana ölkəsinin tarixindən, Hindistanla Azərbaycan arasındakı əlaqələrdən söz açıb. Hindistanın 1945-ci ilin avqustunda müstəqilliyini qazandığını xatırladan S.Rana bildirib ki, ölkə Konstitusiyası qəbul olunduqdan sonra Hindistan qüdrətli dövlətçiliyini bərpa edib, hazırda Hindistan nüvə enerjisi istehsal edir, böyük sənaye potensialına malikdir. Səfirin sözlərinə görə, Hindistan hökuməti insanların yaşayış səviyyəsini yüksəltmək üçün əlindən gələni edir, vətəndaşların savadlanması üçün proqramlar həyata keçirir. Hindistan Azərbaycan münasibətlərinə toxunan diplomat ikitərəfli sıx əməkdaşlığın mövcud olduğunu diqqətə çatdırıb: “Xüsusilə, enerji sahəsində əlaqələrimiz genişdir. Ölkələrimiz arasında qarşılıqlı səfərlər təşkil olunur  və  bu gələcəkdə də davam edəcək. Bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ili tamam olur və bu münasibətlə Hindistan-Azərbaycan dostluq festivalı keçirəcəyik".

Azərbaycan hökuməti adından Hindistan xalqını təbrik edən Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov daha sonra bildirib ki, ölkələrimiz arasındakı münasibətlər hər iki xalqın rifahı naminə sürətlə inkişaf edir. Nazir qeyd edib ki, əldə edilən nailiyyətləri möhkəmləndirmək üçün Azərbaycan bütün ölkələrlə müxtəlif sahələrdə münasibətləri inkişaf etdirməkdə maraqlıdir. İki ölkə arasında yaradılmış iqtisadi komissiyanın əlaqələrin inkişafında böyük iş gördüyünü xatırladan H.Bağırov deyib ki, Azərbaycan əczaçılıq, yüksək texnologoyalar sahəsində Hindistanla birgə fəaliyyətdə maraqlıdır.

Sonda balacaların ifasında hind rəqsləri təqdim edilib.

Strateq.az