XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 January 2017 - 20:19

Nazirlikdən xaricdə təhsillə bağlı xidmət göstərən şirkətlərlə bağlı –Xəbərdarlıq

tehsil-nazirliyi-manset

"Vətəndaşların diqqətinə çatdırırıq ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi 11 noyabr 2014-cü il tarixində imzalanmış “Azərbaycan Respublikası Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında 2015-2017-ci illər üzrə İş Proqramı” çərçivəsində Macarıstanda bu ölkənin büdcəsi hesabına təhsillə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır".

Starteq.az xəbər verir ki, bu, Təhsil Nazirliyinin bu gün yaydığı bəyanatda bildirilib.

Bəyanatda əlavə olaraq, vurğulanıb ki, nazirlik iddiaçılara hər hansı şirkət və ya şəxs tərəfindən verilən vəd seçim zamanı heç bir rol oynamır:

"Belə hallarla rastlaşdığınız təqdirdə nazirliyin "Qaynar xətt” xidmətinə (146) məlumat verməyiniz xahiş edilir.

Müxtəlif mətbuat orqanlarında və sosial şəbəkələrdə təqaüd proqramı ilə bağlı məlumatların yayılmasını nəzərə alaraq, Macarıstanda ali təhsil almaq niyyətində olan şagird və tələbələrimizə, onların valideynlərinə əsas məlumat mənbəyi kimi Təhsil Nazirliyinin internet səhifəsinə istinad etmələri tövsiyə olunur".

Strateq.az