XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 Yanvar 2017 - 12:10

Azərbaycanda yeniyemələrin 10 faizi siqareti “dadıb” –Rəsmi statistika açıqlandı

 

siqaret yenyet

Azərbaycanda 13-15 yaşlı yeniyetmələrin siqaret çəkməsi ilə bağlı statistika açıqlanıb.

 Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) şöbə müdiri Tofiq Musayev bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının metodologiyası əsasında aparılmış araşdırmalara əsasən, Azərbaycanda 13-15 yaşlı yeniyetmələrin 10,3 %-i (əsasən oğlanlar) nə vaxtsa siqaret çəkib və onların 32,6 %-i 10 yaşadək bunu edib. (APA)

 “Yeniyetmələrin 28,8 %-i evdə, 40,8%-i isə qapalı ictimai yerlərdə tütün tüstüsünün təsirinə məruz qalır. Siqaret çəkən yeniyetmələrin 64,8 %-i mağazadan siqaret alıb. Halbuki qanunvericilik buna yol vermir. Yeniyetmələrin 32,5%-i düşünür ki, siqaret vitrinləri siqaret çəkməyə həvəsləndirir. Siqaret çəkməyən yeniyetmələrin 8%-i növbəti il siqaret çəkməyə başlaya bilər” – deyə, şöbə müdiri qeyd edib