XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

30 Yanvar 2017 - 14:18

Avtoqəzaların cəmi 1,7 faizini sərxoş sürücülər törədib –Ölkə üzrə 53 nəfər uşaq və yeniyetmə yol qəzasında ölüb

qeza

Respublika üzrə qeydə alınan yol-nəqliyyat hadisəsinin (YNH) 95,2 faizi (1910) sürücülərin yol hərəkəti qaydalarını (YHQ) pozmaları, o cümlədən 38,1 faizi (764) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 22,6 faizi (453) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 12,8 faizi (257) yolayrıcılarını keçmə qaydalarının pozulması, 1,7 faizi (34) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a bildiriblər ki, YNH-nin 44 faizini (882) piyadaların vurulması təşkil edib, nəticədə 319 piyada ölüb, 643-ü yaralanıb. 59 YNH-i piyadaların YHQ pozmaları nəticəsində baş verib. Respublika üzrə qeydə alınmış YNH-i nəticəsində 53 nəfər uşaq və yeniyetmə ölüb, 186 nəfər xəsarət alıb. Ümumiyyətlə, qeydə alınmış YNH-i nəticəsində ölən 759 nəfərdən 583-nü kişilər, 176-nı qadınlar, xəsarət almış 2003 nəfərdən isə 1414-nü kişilər, 589-nu qadınlar təşkil edib.