XƏBƏR LENTİ

05 İyun 2020

Digər Xəbərlər

31 Yanvar 2017 - 11:28

Eyyub Hüseynov:“Nə yediyimizin cavabını bilmək üçün xəstəxanalardakı növbələrə baxın”

eyyub

“Bizim nə yediyimizin cavabını apteklərdə görmək olar. Azərbaycanda apteklər şəbəkəsi digər ölkələrdən 20 dəfə çoxdur. Klinikalarda növbələr, müalicə üçün xaricə gedənlərin sayı kifayət qədər çoxdur.

Bu sözlri ekspert Eyyub Hüseynov keyfiyyətsiz məhsullarla bağlı “Bizim yol” qəzetinə danışarkən deyib. Ekspert deyib ki, ölkə bazarlarında kifayət qədər arzuolunmaz məhsullar var. Bu da ölkədə xəstələrin sayını artırır. E.Hüseynov vurğulayıb ki, ölkədə qidanın təhlükəsizliyinə dair qanun yoxdur.

Ekspert bununla bağlı layihə hazırlanıb aidiyyəti qurumlara təqdim edildiyini də bildirir: “Ancaq hökumət belə bir qanun qəbul etmək istəmir. Biznes qurumlarına yaradılan toxunulmazlıq şəraitindən eninə-uzununa istifadə edərək, istehlakçını aldadırlar. İnsan orqanizmi üçün zərərli olan qidaları bazara çıxarırlar.

Ekspertə görə, spirtli içki bazarında məhsulların 95 faizi saxtadır. E.Hüseynov deyib ki, yağ, sərinləşdirici içkilər və şirələr bazarı da bərbad gündədir. Onun sözlərinə görə, bazarda kərə yağı adından saxta yağlar satılır və bunu müəyyən etməkdən ötrü onun qiymətinə fikir vermək kifayətdir.