XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

01 Fevral 2017 - 15:42

“Azərsu”nun şəbəkələrində donma halları olub?- Açıqlama

Ölkə ərazisində müşahidə olunan hava şəraiti ilə əlaqədar “Azərsu” ASC-nin mərkəzləşdirilmiş və paylayıcı şəbəkələrində heç bir donma halı qeydə alınmayıb.

Bu barədə “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

O bildirib ki, hazırda donmalarla bağlı qurumun zəng mərkəzinə heç bir şikayət daxil olmayıb. Bakı, Abşeron və həmçinin regionlarda vəziyyət stabildir və əhalinin su ilə təmin edilməsi davam etdirilir.

A.Cəbrayıllı qeyd edib ki, su təchizatında da heç bir problem yoxdur. Sular fasiləsiz olan ərazilərə fasiləsiz şəkildə, fasilə ilə verilən ərazilərə isə fasiləli şəkildə verilir.