XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

02 Fevral 2017 - 11:33

Buz üzərində 42 nəfər sürüşərək xəsarət alıb –Təcili Yardım Stansiyası

surus

Son 2 gün ərzində qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar yolların buzlaşması səbəbindən Bakıda 42 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Bunu Səhiyyə Nazirliyi Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Murad Mirzəzadə deyib.Onun sözlərinə görə, həmin şəxslərin 38-i müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanalara yerləşdirilib. Qalan şəxslərə isə yerində yardım göstərildikdən sonra evə buraxılıb.

M.Mirzəzadə qeyd edib ki, xəsarət alanlar əsasən, əzilmə diaqnozları ilə xəstəxanalara yerləşdirilblər. Onlar arasında ciddi zədə alanlar yoxdur. Buzda sürüşənlər arasında uşaqlar yoxdur.