XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 February 2017 - 12:03

Göyçayda canavarlar kəndə soxuldu –Beş qoyunu parçaladı

canavar

Göyçay rayonunda xırdabuynuzlu heyvanlar yırtıcıların hücumuna məruz qalıb.

 Hadisə bu gün rayonun Ləkçıplaq kəndində qeydə alınıb. Gecə saatlarında canavarlar kəndə soxularaq, Şirvan Kərimova məxsus tövlədə olan 5 baş qoyunu tələf edib. Xəsarət alan digər qoyunlara isə baytar həkimlər tibbi yardım göstəriblər.

 Kənd sakinlərinin sözlərinə görə, qış aylarında canavar və çaqqallar tez-tez fərdi təsərrüfatlara hücum edərək, xırdabuynuzlu heyvanları, ev quşlarını tələf edir.