XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

02 Fevral 2017 - 12:16

Astarada Rusiyaya məxsus yük maşını yanıb –19 ton xiyar məhv olub

fhn masin

Astara rayonunda Rusiyaya məxsus içərisində yük maşını yanıb.

 Hadisə ötən gecə Ələt-Astara magistralının rayonun Təngərüd kəndi ərazisindən keçən hissəsində baş verib.  Rusiyanın vətəndaşı, 1966-cı il təvəllüdlü Hapışov Əli Fərhad oğlunun idarə etdiyi "Renault" markalı yük maşını hərəkətdə olarkən sürücü kabinəsində yanğın başlayıb. Alov qısa zamanda bütün maşını bürüyüb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

 Qeyd edək ki, yük maşınında 19 ton xiyar olub. Məhsulun böyük hissəsi məhv olub.

 Yanğının baş vermə səbəbi ekspertizanın nəticələrindən sonra məlum olacaq. Faktla bağlı araşdırma aparılır.(APA)