XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 February 2017 - 13:10

Sabaha olan hava proqnozu –Bakıda 5 dərəcə isti olacaq

hava-3

 Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacağı, gündüz arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin günün ikinci yarısında bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0-3° şaxta, gündüz 3-6° isti olacağı gözlənilir. Bakıda gecə 0-2° şaxta, gündüz   3-5° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi normadan yüksək 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  75-85 % təşkil edəcək. Gecə və səhər yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı  yerlərdə duman. Lakin gündüz saatlarında Böyük Qafqazın bəzi şərq rayonlarında yağıntılı olacağı ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° şaxta, gündüz 2-6° isti, dağlarda gecə 10-15° şaxta, gündüz  2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Fevralın 03-04-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və oksigenlə zəngin hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.