XƏBƏR LENTİ

19 Oktyabr 2020

Digər Xəbərlər

02 Fevral 2017 - 15:46

Azərbaycanlı həkim ABŞ-da fəxri diplom aldı- FOTO

Ölkənin tanınmış radioloqu, N.Tusi adına Klinikanın şüa diaqnostikası şöbəsinin müdiri Yunus Əfəndiyev, klinikanın şüa diqnostikası üzrə həkimi Elşad Sadıqov və Kanadanın səhiyyə sistemində çalışan həmyerlimiz Əli İsmayılovun “Karotid cisim şişlərinin cərrahi müdaxilədən əvvəl və sonra serebral hemodinamikanın TCD evolyusiyası” adlı məqaləsi ABŞ-ın Neyroradioloji Cəmiyyətinin 40-cı beynəlxalq konqresində böyük maraqla qarşılanıb. 

E.Sadıqov isə eyni zamanda buradakı çıxışına görə fəxri diploma layiq görülüb.
 
Sözügedən beynəlxalq möhtəşəm forum bu il yanvarın 19-dan 22-dək ABŞ-ın Los-Anceles şəhərində keçirilib. 

Şüa diaqnostikası üzrə həkim E.Sadıqov tədbirdə Azərbaycanın yeganə təmsilçi və məruzəçisi olub.