XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

03 Fevral 2017 - 10:20

Kommunal xidmətləri və cərimələri mobil telefonla ödəmək olacaq –Rəsmi

Telefon 65

"İnnovasiyalar mərkəzi" QSC yaxın vaxtlarda "ASAN Ödəniş" ödəmə sisteminin mobil əlavəsini təqdim edəcək.

Bu barədə mərkəzdən məlumat verilib.

Əlavə vasitəsilə cərimələri, rüsumları, kommunal xidmətləri və digər ödəmələri həyata keçirmək olar. Bu əlavədən "e-imza", "ASAN İmza" vasitəsilə, adi qeydiyyatla və ya qeydiyyatsız istifadə də mümkün olacaq.

Əlavədə qeydiyyatdan keçmiş istifadəçilər üçün "şəxsi kabinet", müxtəlif ödəmələr barədə şikayət göndərmək imkanı, "108" çağrı mərkəzi ilə birbaşa əlaqə və digər funksiyalar da yaradılacaq.