XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

03 Fevral 2017 - 16:43

İcra başçısı məmurları və bələdiyyəni hədələdi,prokurorluğa müraciət etdi

eldar-ezizov

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda prezident tərəvindən irəli sürülən tapşırıqlarla bağlı Səbail Rayon İcra Hakimiyyətində müşavirə keçirilib.

İcra Hakimiyyətindən Strateq.az-a verilən məlumata görə, icra başçısı Eldar Əzizov qeyd edib ki, rayonda korrupsiya hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsinə baxmayaraq, yenə də bəzi yerlərdə dövlət torpaqlarının qanunsuz olaraq zəbt olunması və saxta sənədlərlə rəsmiləşdirilməsi, qanunsuz tikintilər aparılması halları qalmaqdadır: "Müəyyən olunmuş faktlar üzrə sənədlər hüquq-mühafizə orqanlarına verilərək, bir sıra faktlar üzrə cinayət işləri açılıb”.

İcra başçısı bələdiyyə, o cümlədən RİH-də və digər qurumlarda çalışan, qanunsuzluqlara göz yuman məmurlar və vəzifəli şəxslərə də xəbərdarlıq edib, qəti tədbirlər görülməsi üçün hüquq-mühafizə orqanlarının rəhbərlərinə tapşırıqlar verib: "Azərbaycanda hüquqi dövlət qurulub və bu bizim tarixi nailiyyətmizdir. Qanun qarşısında hamı bərabərdir və onun tələblərinə riayət etmək vacibdir”.