XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

27 Mart 2015 - 21:08

İcra başçısı bir gecədə bütün ağacları məhv etdi – Fotolar

Bu gün Lənkəran sakinləri redaksiyamıza bir daha müraciət edərək şəhərin mərkəzində yerləşən və nadir ağaclardan ibarət olan parkın praktiki olaraq tam məhv edilməsi barədə məlumat veriblər.

Şəhər sakinlərinin sözlərinə görə, rayon icra hakimiyyətinin adamları uzunluğu təxminən 150 metr olan xiyabandakı bütün ağacları kəsiblər. Bu xiyaban Lənkəran Dövlət Universitetinin binasının qarşısında idi. İndi o parkın yerində ticarət obyektləri tikirlər.

Bəxti gətirməyən xiyabanda isə hər şey köhnə qaydada davam edir: gecələr ağacları kəsir, səhəri gün isə onların yerində yeni ticarət obyekti peyda olur. Belə görünür ki, nə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, nə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi İDEA ictimai təşkilatının çoxsaylı müraciətlərinin və ağacların kəsilməsinin dərhal dayandırılması barədəki tələblərinin Lənkəran Rayon İcra Hakimiyyətinə heç bir təsiri yoxdur.

Ona görə də çarəsiz vəziyyətdə qalan Lənkəran sakinləri prezident İlham Əliyevə, ölkənin baş prokuroruna və daxili işlər nazirinə müraciət etməyə məcbur olub.

Lənkərandakı nadir ağacların tamamilə məhv edilməsini təsdiqləyən yeni fotoşəkilləri təqdim edirik(Virtualaz.org).

Virtualaz.org