XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 February 2017 - 12:24

Sabaha olan hava proqnozu açıqlandı –Bakıda 12 dərəcə isti olacaq

hava

Fevralı 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir.

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim şimal-qərb küləyi əsəcək.

 Havanın temperaturu gecə 0-3° isti, gündüz 8-13° isti, Bakıda gecə 1-3° isti, gündüz   10-12° isti olacaq.

Atmosfer  təzyiqi 764 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət  gecə 80-90 %, gündüz 50-60 % təşkil edəcək.

 Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 7-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir.

 Azərbaycanın rayonlarında hava şəraiti əsasən, yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacağı, qərb küləyinin gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti olacaq.