XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 February 2017 - 01:59

Elmar Qasımov Hindistan səfiri ilə görüşdü –Rektordan səfirə maraqlı təklif

hindistan-elmar

 

Fevralın 6-da Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Hindistanın Azərbaycandakı səfiri cənab Sancay Rana ilə görüşüb.  

BANM-dən Strateq-az verilən məlumata görə, görüşdə rektor Elmar Qasımov Ali Məktəbin tarixi, fəaliyyət istiqamətləri, həyata keçirilən davamlı islahatlar və yeniliklər, professor-müəllim heyətinin, tələbələrin uğurlarından söz açıb, həmçinin BANM-in fəaliyyətində beynəlxalq əlaqələrin xüsusi yer tutduğunu və bu Ali Məktəbin yarandığı gündən dünyanın nüfuzlu universitetləri ilə əməkdaşlığa önəm verdiyini vurğulayib. Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə əməkdaşlığı xatırladan rektor gələcəkdə Hindistan universitetləri ilə qarşılıqlı əlaqələrin qurulmasının mümkünülüyünü dilə gətirib.

E.Qasımov yaxın vaxtlarda Ali Məktəbdə “Hindistan neftinin atası” sayılan azərbaycanlı neftçi-alim Eyyub Tağıyevə həsr olunmuş tədbirin keçirilməsi təklifini irəli sürüb. O, səfiri öz ölkəsi ilə bağlı təqdimatla çıxış etmək üçün yenidən Ali Məktəbə dəvət edib.

Hindistanın Azərbaycandakı səfiri cənab Sancay Rana rektor Elmar Qasımova səmimi qəbula görə öz təşəkkürünü bildirib, rektorun təkliflərini qəbul edib.

Hindistan ilə Azərbaycan arasında əlaqələrin  inkişafından söz açan səfir əməkdaşlığın bir sıra istiqamətlərdə, xüsusilə təhsil sahəsində inkişafının əhəmiyyətini vurğulayıb. Səfir Hindistanın neft-qaz şirkətlərinin Azərbaycandakı fəaliyyətindən də bəhs edib. BANM-in qısa zaman ərzində əldə etdiyi nailiyyətlərdən məmnun qaldığını və bu Ali Məktəblə öz ölkəsinin ali təhsil müəssisələrinin gələcək əməkdaşlığına dəstək verməyə hazır olduğunu deyib.

Görüşdə, həmçinin qarşılıqlı əməkdaşlıq, xüsusilə bir neçə hindistanlı tələbənin BANM-də Ali Məktəbin təqaüdü hesabına təhsili və digər məsələlər müzakirə olunub.