XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 February 2017 - 13:15

Baş nazirin müavini:"Azərbaycan statistik məlumatların formalaşdırılması sistemini təkmilləşdirəcək"

Azərbaycan BMT hesabatlarının hazırlanması üçün statistik məlumatların formalaşdırılması sistemini təkmilləşdirəcək.

Trend-in məlumatına görə, bunu Azərbaycan Baş nazirinin müavini Əli Əhmədov Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasınını işçi qruplarının iclasında deyib.

Ə.Əhmədovun sözlərinə görə, hazırda Azərbaycanda Dayanıqlı inkişaf məqsədlərinə nail olunmması barədə hesabatın hazırlanması zamanı yalnız 70 statistik göstəricidən istifadə olunur. Amma bu hesabat üçün 200-dək göstəricini nəzərə almaq lazımdır.

O qeyd edib ki, Azərbaycan ilk könüllü Dayanıqlı inkişaf məqsədlərinə nail olunması barədə hesabatını 2017-ci ilin mayında BMT-yə təqdim edəcək.