XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

08 Fevral 2017 - 20:57

Azərbaycanda internet asılılığınınpsixoloji aspektləri öyrəniləcək

Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu uşaqlar və gənc nəsil arasında internet asılılığının fərdi-psixoloji aspektlərinin elmi tədqiqatına və psixometrik təhlilinə başlayır.

Bu barədə Trend-ə eksklüziv olaraq institutdan məlumat verilib.

Məlumatda qeyd olunub ki, bu məqsədlər üçün profilaktiki metodlar və psixoloji vəziyyətin qiymətləndirilməsi proqramları mövcuddur. “İnternet asılılığını müəyyən mənada tütündən asılılıq, narkomaniya, alkoqolizm və s. kimi ziyanlı vərdişlərə aid etmək və müvafiq “müalicə” metodları müəyyən etmək olar”.

İnstitutdan həmçinin bildirilib ki, internetdə nə qədər vaxt keçirmək olar, bunun nə kimi fəsadları ola bilər kimi məsələlərlə əlaqədar ilkin məsləhətləşmələr keçirmək yolu ilə profilaktik metodlar da mövcuddur. “Günümüzdə internet asılılığı geniş miqyas alıb. İnsanlar müəyyən mənada virtual reallıqda yaşamağa başlayıblar. Bu isə fiziki və psixoloji pozuntulara gətirib çıxara bilər. Bu gün bir çox ölkə bu problemin tədqiqatı ilə məşğuldur”.