XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

09 Fevral 2017 - 14:12

Seysmoloji Xidmət Mərkəzinin baş direktoru:“Ölkədə dağıdıcı zəlzələlər gözlənilmir”

zelzele

Azərbaycan seysmik cəhətdən aktiv bölgədə yerləşir. Ona görə də il ərzində ölkəmizdə 9 mindən çox yeraltı təkanlar qeydə alınır.

Ötən il mərkəzdə 10 mindən artıq zəlzələ qeydə alınıb ki, bunun da 8 mindən çoxu Azərbaycan və ona həmsərhəd ərazilərdə baş verib. Qalan 2 mini uzaq ölkələrin payına düşüb.

Bu rəqəmləri Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bu gün keçirdiyi mətbuat konfransında səsləndirib.

2015-ci ilə nisbətən 2016-cı ildə təkanlar zəif olub. İstisna olaraq ötən ilin avqustunda İmişlidə baş verən zəlzələni göstərmək olar. Yeraltı təkanlar dərinlikdə olduğu üçün fəsadlar törətməyib. Ümumiyyətlə Azərbaycanda güclü, dağıdıcı zəlzələlər gözlənilmir.