XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

11 Fevral 2017 - 11:41

“Həzi Aslanov”da eskalator əsaslıtəmirə dayandırılacaq

Bakı Metropoliteninin “Həzi Aslanov” stansiyasında “ET-5M” markalı 3 saylı eskalator fevral ayının 15-də əsaslı təmirə dayandırılacaq.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

O bildirib ki, bu təmir işləri qaçış məsafəsi təlimat tələblərində göstərilmiş son texniki norma həddinə çatdığı üçün və eskalatorların istismar qaydalarına uyğun olaraq aparılır. Eskalatorun aprel ayında yenidən istismara verilməsi nəzərdə tutulub.

N.Paşayev qeyd edib ki, təmir müddəti ərzində sərnişinlər digər iki eskalatorun xidmətindən istifadə edə biləcəklər.

“Bakı Metropoliteni” QSC müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir.