XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 February 2017 - 12:22

Təhsil İdarəsi:“Məktəb psixoloqlarının fəaliyyətində ciddi problemlər var”

Bu gün məktəblərdə psixoloqların fəaliyyəti ilə bağlı ciddi problemlər var.

Lent.az-ın məlumatına görə, bunu  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.

M.Vəliyeva bildirib ki, bu problemlərin əsas səbəbi uzun müddətdir məktəblərdə psixoloq fəaliyyətinin kənarda qalmasıdır.

M.Vəliyevanın sözlərinə görə, son 2 ildə Bakıda fəaliyyət göstərən məktəblərdə  psixoloqların diaqnostik qiymətləndirilməsi keçirilib, bilik, peşə səriştə səviyyələri müəyyənləşdirilib: “ Müəyyən olunub ki, bəzi psixoloqların öz sahələri üzrə bilik səviyyəsi yüksək deyil. Bu sahənin inkişafına çox ehtiyac var. Bir məktəbdə 4-5 min şagird və bir psixoloq  varsa, psixoloq hansı şagirdə çatdırıb xidmət göstərə bilər? Psixoloq valideynlə, şagirdlə ya müəllimlə işləyəcəyini bilməlidir. Ümumiyyətlə, psixoloqun qarşısında duran vəzifələr çoxdur”.

BŞTİ müdiri deyib ki, psixoloqların əməkhaqqı məsələsi də müzakirə olunur: “Məktəb psixoloqların peşəkar imkanları, əməkhaqqı məsələsi müzakirəyə çıxarılıb. Gələcəkdə bu istiqamətdə işlər görüləcək”.