XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

11 Fevral 2017 - 18:07

Dövlət İmtahan Mərkəzində yeni sektor və şöbələr yaradılıb, təyinatlar olub –Açıqlama

Dövlət İmtahan Mərkəzinin strukturunun tam formalaşması artıq başa çatmaqdadır.
 

Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə deyib ki, DİM-in strukturunun artıq 70%-i formalaşıb:

"Prezident İlham Əliyevin ötən ilin aprelində DİM-in yaradılması haqqında fərmanında qeyd edilən şərtlərdən biri də o idi ki, Dövlət İmtahan Mərkəzi  Ədliyyə Nazirliyində qeydiyyatdan keçməlidir.  Oktyabr ayının  19-da Mərkəz Ədliyyə Nazirliyində qeydiyyatdan keçdi və bununla da TQDK və Dövlət Qulluğu Məsələləri üzrə Komissiya öz fəaliyyətini yekunlaşdırdı. DİM-in strukturunun formalaşması 70% başa çatıb. Müəyyən sektor və şöbələr yaradılıb, şöbə rəhbərləri təyin olunub”.
 
X.Xanlarzadə qeyd edib ki, yeni yaradılmış sektorlardan biri də Mətbuatla iş və Elektron kommunikasiya sektorudur: “Həmin sektorun müdiri vəzifəsinə mən təyin olunmuşam”.
  
Qurum rəsmisi deyib ki, Dövlət İmtahan Mərkəzi tam formalaşdıqdan sonra təklif edilən xidmətləri göstərməyə hazır olacaq: “Düşünürəm ki, zamanla  fəaliyyət sahəmiz getdikcə daha da genişlənəcək”. 

Lent.az