XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

13 Fevral 2017 - 12:40

Azərbaycanda “quş qripi” ilə bağlı yenidən monitorinqlər başlanıb –Nazirlik

qus

"Quş qripi"nin Azərbaycana köçəri quşlarla keçmə ehtimalını diqqət mərkəzində saxlayan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti ölkə miqyasında yenidən monitorinqləri davam etdirdiklərini bildirir.

Xidmətin açıqlamasıda qeyd edilir ki, fevralın 13-də köçəri quşların yaz miqrasiyasının başlanmasını nəzərə alaraq, növbəti monitorinqə start verilib. Monitorinq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssislərinin iştirakı ilə birgə aparılır.

"Nəzarət tədbirinin köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Ağcabədi, Lənkəran, Salyan rayonlarındakı milli qoruqlarda və ölkənin dəniz sahili zonalarında həyata keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlardan da nümunələr götürüləcək", -deyə məlumatda qeyd edilir.

Azərbaycanda 2006-cı ildə "quş qripi" həyəcanı yaşanıb. Həmin il ölkədə "quş qripi"nin rəsmən aşkarlandığı etiraf edilib. Onda ölkədə quş ovuna qadağa qoyulmuşdu. Bundan başqa, ölkədə broyler müəssisələrinin gəlirləri də kəskin azalmışdı.