XƏBƏR LENTİ

24 Oktyabr 2020

Digər Xəbərlər

14 Fevral 2017 - 18:05

9-cu sinif üzrə buraxılış imtahanlarınınvaxt açıqlanıb

imtahan 2

9-cu sinif üzrə buraxılış imtahanlarının vaxt açıqlanıb. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, bölgələr üzrə ümumi orta təhsil bazasında (9-cu sinif) buraxılış imtahanlarının I mərhələsi 2017‑ci il 05, 12, 18 mart tarixlərində aşağıdakı qrafikə uyğun keçiriləcək.  

cedvel

Məcburi köçkün rayonlarından olan şagirdlər buraxılış imtahanını orta ümumtəhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda)  yuxarıdakı qrafikə uyğun verəcəklər. 

Heydər Əliyev adına Hərbi Lisey və Peşə liseylərinin şagirdləri üçün imtahan martın 12‑də, C.Naxçıvanski adına Hərbi lisey, Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəbləri, tədrisi ingilis dilində olan məktəblər, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində olan məktəblərin  şagirdləri üçün martın 18-də keçiriləcək. /APA