XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 February 2017 - 10:53

Bakının bu rayonlarının təbii qaz təchizatındaməhdudiyyətlər olacaq

Bakının Suraxanı rayonu C.Qurbanov küçəsi “Aura” şadlıq sarayının qarşısında diametri 530 millimetrlik yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğvi və qaz tənzimləyicinin mövcud xəttə qoşulması ilə əlaqədar, nəzərdə tutulmuş işlər aparılacaq.

Görülən işlər zamanı, fevralın 15-də saat 09:00-dan 17:00-dək Suraxanı rayonunun Qaraçuxur və Yeni Günəşli qəsəbələrinin, həmçinin Nərimanov rayonu H.Əliyev, Xətai prospekti, Təbriz küçəsi, C.Hacıbəyli, Həsənoğlu, Ə.Əlizadə küçələrində və ətraf ərazilərin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

"Azəriqaz" İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, aparılan işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq.

“Azəriqaz” İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.