XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

15 Fevral 2017 - 12:39

Azərbaycana gətirilən “ikinci əl” paltarlaranəzarət edilirmi?

Avropadan Azərbaycana “ikinci əl” paltarlar əsasən Niderlanddan gətirilir.

"Trend"in məlumatına görə, bunu bu gün keçirdikləri mətbuat konfransında Respublika Sanitariya-Karantin Müfəttişliyinin (RSKM) Sanitariya-gigiyena şöbəsinin müdiri Novruzi Saleh bildirib.

Onun sözlərinə görə, Azərbaycan gətirilən “ikinci əl” paltarlara əvvəllər müfəttişlik tərəfindən nəzarət edilirdi. Lakin 2016-cı ildə Nazirlər Kabinetinin tərəfindən təsdiq edilmiş “Sanitariya nəzarətində olan məhsulların siyahısı”na geyinilmiş paltarlar daxil edilməyib. Ona görə də hazırda bu geyimlərə müfəttişlik tərəfindən nəzarət edilmir.

N.Saleh deyib ki, "ikinci əl" paltarlar Niderlanddan yalnız Azərbaycana deyil, bütün ölkələrə də göndərilir:

"Bütün Avropadan olan geyimlər yığılaraq Niderlanddakı böyük bir paltar bazasında toplanılır. Orada müvafiq dezinfeksiya işləri aparılandan sonra onlar təkrar istifadəyə və satışa verilir. Bu paltarlar nəinki Azərbaycana, Yaxın Şərq, Asiya ölkələrinə, hətta Avropanın istənilən inkişaf etmiş ölkələrinə də göndərilir".