XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

15 Fevral 2017 - 16:50

Tələbələrin köçürülməsi ilə bağlı sənəd qəbulubaşa çatdı

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi məqsədilə elektron sənəd qəbulu başa çatıb.

Təhsil Nazirliyindən bildiriblər ki, fevralın 6-dan 14-dək keçirilən sənəd qəbulu zamanı transfer.edu.az elektron portalına 2 min 76 nəfər müraciət edib. Onlardan 497-si köçürülmək istədikləri universitetləri seçərək sorğusunu təsdiqləyib. 68 nəfər müraciətindən imtina edib. 307 tələbə Azərbaycanın, 122 tələbə isə xarici ölkələrin ali təhsil müəssisələrindən köçürülmək üçün müraciət edib.

2016-2017-ci tədris ilindən tələbələrin köçürülməsində tətbiq olunan yeniliyə əsasən orta ixtisas təhsili müəssisələri tələbələrinin də transfer.edu.az elektron portalı vasitəsilə köçürülməsinə başlanılıb. Orta ixtisas təhsili müəssisələrinin 280 tələbəsi bu portala müraciət edib. Onlardan 104-ü sorğusunu təsdiqləyib.

Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi ilə birgə fəaliyyət çərçivəsində yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir.