XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

15 Fevral 2017 - 18:38

Fərdi qaydada təbii qazla təmin olunmayan məcburi köçkünlərinsiyahısı hazırlanır

Faktiki olaraq müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxanalar, müalicə pansionatları və digər binalar) yaşayan və fərdi qaydada təbii qazla təmin olunmayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin siyahısı yaxın zamanlarda müvafiq orqanlara təqdim olunacaq.

Bu sözləri Trend-ə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev deyib.

O deyib: “Biz dövlət başçısının imzaladığı “Məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslərə birdəfəlik aylıq müavinətin müəyyən edilməsi barədə” fərmana dəyişikliklərlə bağlı məsələlərin tez bir zamanda həll olunması üçün hər şeyi edirik”.