XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

16 Fevral 2017 - 10:39

“Əlli bələdiyyə sədri məsuliyyətə cəlb olunub” –Administrasiyaya hansı bələdiyyələrdən çox şikayət olunub?

belediye

“Bələdiyyə orqanlarının fəaliyyəti ilə əlaqədar şikayətlərin sayı isə ötən ilə nisbətən 23,5 faiz artıb. Təəssüf ki, bələdiyyələrin fəaliyyətində hələ nöqsanlar çoxdur, xüsusilə onların torpaqlardan istifadə haqqında qanunvericiliyin icrasında və digər məsələlərdə yol verdikləri qüsurlar narahatlıq doğurur.

Strateq.az bildirir ki, bu barədə Prezident Administrasiyasının şöbə müdiri Süleyman İsmayılovun geniş təhlili materialında qeyd olunub.

Sənəddə vurğulanır ki, 2016-cı ildə Prezident Administrasiyasına daxil olan şikayətlərin bir qismində icra hakimiyyəti başçılarının aparatlarında, bələdiyyələrdə, yerli idarə, müəssisə və təşkilatlarda bəzi hallarda qarşılaşdıqları laqeydlik və süründürməçilik hallarından narazılıq bildirilir. Bu mövzuda şikayətlər Lənkəran, Ağcabədi, Ağdam, Beyləqan, Goranboy, İmişli, Laçın, Lerik, Saatlı, Salyan, Yardımlı, Zərdab, digər şəhər və rayonlardan daxil olub.

Keçən il 50-dən artıq bələdiyyə sədri məsuliyyətə cəlb olunub. Bütövlükdə isə il ərzində bələdiyyələrin fəaliyyəti ilə əlaqədar şikayətlər Gəncə, Şəki, Yevlax, Ağcabədi, Ağdaş, Ağstafa, Astara, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Daşkəsən, Gədəbəy, Hacıqabul, Xəzər, İmişli, Neftçala, Oğuz, Sabirabad, Salyan, Samux, Şabran, Şamaxı, Şəmkir, Ucar, Yardımlı, Zaqatala, digər şəhər və rayonlardan daxil olub. Mingəçevir, Xətai, Qax, Pirallahı şəhər və rayonları bələdiyyələrinin fəaliyyəti barədə, ümumiyyətlə, şikayət daxil olmayıb.