XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

16 Fevral 2017 - 11:28

“2016-cı ildə ölkədə 56 min 631 nəfər münasib işlə təmin olunub” –Prezident Administrasiyası

issiz

“2016-cı ildə əvvəlki ilə nisbətən iki dəfə çox, – 56 min 631 nəfər münasib işlə təmin olunub və bunlardan 20 min 745-i gənclər olub, 1148 nəfər isə ödənişli ictimai işlərə cəlb edilib”.

Strateq.az bildirir ki, bu barədə Prezident Administrasiyasının şöbə müdiri Süleyman İsmayılovun geniş təhlili materialında qeyd olunub.

Hesabatda deyilir ki, ötən il bu sahədə görülən işlər, o cümlədən dövlət başçısının sərəncamları ilə AMEA-nın Yüksək Texnologiyalar Parkı, Pirallahı Sənaye Parkı və Masallı Sənaye Məhəlləsinin yaradılması və bölgələrdə bu il açılacaq digər müəssisələr həmin problemin həllinə zəmin yaradır:“Ölkədə keçirilən iqtisadi islahatların məqsədi yeni yaradılacaq sənaye parklarının regionları əhatə etməsidir. Azərbaycan Prezidentinin bölgələrə səfərləri zamanı bu parklarda yaradılan yeni iş yerləri ilə tanış olması, onların fəaliyyəti ilə maraqlanması, yerli icra hakimiyyəti orqanlarına bu istiqamətdə işlərin davam etdirilməsini tapşırması respublikanın inkişafı üçün böyük siyasi və iqtisadi əhəmiyyət kəsb edir”.