XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

17 Fevral 2017 - 10:48

Abşeronda göl daşıb, evləri su basıb –FHN açıqladı

zabrat-golu

Abşeron rayonunda göl daşıb.

Fövqəladə Hallar Nazirliyinin verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən Daşağıl gölündə suyun səviyyəsinin qalxması nəticəsində yaxınlıqda olan fərdi yaşayış evlərinin həyətyanı sahələrini su basması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq 6 nəfərin təhlükəsiz əraziyə təxliyə olunmasını təmin ediblər. /APA