XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

20 Fevral 2017 - 12:17

Sabaha olan hava proqnozu –Bakıda 12 dərəcə isti olacaq

hava

Bakı və Abşeron yarımadasında fevralın 21-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.

Bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi gündüz arabir  güclənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən  verilən məlumata görə, havanın temperaturunun gecə 0-2° isti, gündüz 8-12° isti,Bakıda gecə 0-2° isti, gündüz  10-12° isti olacağı gözlənilir.  Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75%, gündüz 50-60% təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.  Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.