XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

22 Fevral 2017 - 10:07

BP-də çalışan azərbaycanlılarınsayı açıqlandı

Ötən ilin sonunda BP şirkətinin işçilərinin 2 min 817 nəfərini Azərbaycan vətəndaşları təşkil edib. Buraya müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

Şirkətin Azərbaycanda ixtisaslı işçilərinin təxminən 87 faizini yerli mütəxəssislər təşkil edir ki, bunların da çoxu rəhbər vəzifələrdədir. O cümlədən şirkətin regional rəhbər heyətinin tərkibinə altı azərbaycanlı daxildir. Onlardan 3-ü keçən il vitse-prezident vəzifəsinə təyin olunub.

“BP-Azerbaijan” şirkətindən Azərtac-a verilən məlumata görə, şirkətin 2018-ci ilin sonunadək ixtisaslı işçilərinin 90 faizini milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var. Bu o deməkdir ki, ixtisaslı işçi tələb edən bir sıra vəzifələrdə yerli kadrlar xarici vətəndaşları əvəz edəcəklər.

İxtisası olmayan işçilərin isə artıq 100 faizi yerli vətəndaşlardan ibarətdir. İşçilərin milliləşdirilməsi planına, həmçinin BP-nin təlim və inkişaf proqramlarının daha da optimallaşdırılması, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək daxildir.