XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

22 Fevral 2017 - 11:23

Bakıda daha 17 ünvanda yeni dayanacaq məntəqələrimüəyyənləşdirilib

Bakı şəhərində daha 17 ünvanda yeni dayanacaq məntəqələri müəyyənləşdirilərək nişanlaşdırılıb. 

Bu barədə “Report”a Bakı Nəqliyyat Agentliyi (BNA) ictimai əlaqələr və maarifləndirmə şöbəsinin rəhbəri Mais Ağayev məlumat verib.

Onun sözlərinə görə, bu məntəqələrdən 12-si hazırda müsabiqəyə çıxarılan yeni 125 nömrəli müntəzəm marşrut xəttinin keçdiyi ərazidə, 5-i isə 1 nörməli müntəzəm marşrut xəttinin hərəkət trayektoriyasına yeni daxil edilən Ələsgər Qayıbov küçəsində yerləşir: "Bununla yanaşı yeni yaradılan Lökbatan Nəqliyyat Mübadilə Mərkəzində "Bakı Kart" ödəniş terminalları yerləşdirilib".